[... ]
Əsas səhifə » Xəbərlərin arxivi

Mənbə: Ictnews.az, Şəkil: Ictnews.az, Müəllif: Emil Hüseynov

"Clubit New Media" şirkəti kiçikölçülü "Zanco Tiny T1" mobil telefonunu təqdim edib. İstehsalçı iddia edir ki, bu, dünyada ən kiçik mobil qurğudur. Kiçik ölçüsünə baxmayaraq, mobil qurğu zəng edə və mesajları göndərə, başqa sözlə, istənilən mobil telefonun standart funksiyalarını yerinə yetirə bilir.

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "Zanco Tiny T1" mobil qurğusunun ölçüləri 46,7x21x12 mm təşkil edir. Nano formatlı SİM kart hesabına rabitə əlaqəsi təmin olunur. Telefon 300-dək ... Ardını oxu »

Kateqoriya: Texnologiya | Baxışlar: 185 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 16.12.2017 | Şərhlər (0)

Mənbə: Lent.az, Şəkil: Lent.az

Sabahdan Azərbaycanın ümumtəhsil məktəblərində payız tətili başlayır. APA-nın xəbərinə görə, 2017/2018-ci dərs ilində məktəblilərin payız tətili noyabrın 16-da başlayacaq və noyabrın 20-də başa çatacaq.
 
Dərslər həm 5 günlük, həm də 6 günlük məktəblərdə noyabrın 21-də başlayacaq.
 
Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil - 15 sentyab ... Ardını oxu »

Kateqoriya: Azərbaycan | Baxışlar: 237 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 15.11.2017 | Şərhlər (0)

Mənbə: Lent.az, Şəkil: Lent.az

Ötən gün “Maşın şou”nun final gecəsi baş tutub. Lent.az-ın məlumatına görə, iki gün əvvəl Talıb Talenin qalib seçilməsi barədə yayılan xəbərlər öz təsdiqini tapıb. Murad Dadaşov final gecəsində elan edib ki, maşını Talıb Tale qazandı.
Finalda T.Tale ilə yarışan müğənni Xatun Əliyeva əlini maşından çəkməsini bu cür izah edib: “Düşünürəm ki, məndən çox sənin maşına ehtiyacın var. Özümü sınadım, amma istəsəydim oynayardım. Bu maşınla atanın yanına gedərsən. Maşın olandan sonra evlən! Mən getdim, xeyirli olsun”.
Qeyd edək ki, sonda qalibə avtomobilin açarı təqdim olunub. 

Kateqoriya: Azərbaycan | Baxışlar: 240 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 26.10.2017 | Şərhlər (0)

Mənbə: Qafqazinfo.az, Şəkil: Qafqazinfo.az

İnter Bakı artıq Keşlə olaraq adlanacaq. “Qafqazinfo” xəbər verir ki, Topaz Premyer Liqasının 9-cu turunda “Səbail”lə qarşılaşacaq komanda növbəti matçları artıq “Keşlə” adı altında oynayacaq. 

Paytaxt klubunun avtobusunun üzərində uzun müddətdir ki, “Keşlə”nin loqosu və adı həkk olunsa da, stadionda “İnter” adı və loqosu mövcud idi. Artıq “İnter Arena”da da dəyişikliklər edilib. 

Artıq “bankirlər”in rəsmi “İnstagram” səhifəsində və stadi ... Ardını oxu »

Kateqoriya: Azərbaycan | Baxışlar: 206 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 21.10.2017 | Şərhlər (0)

Mənbə: Apasport.az, Şəkil: Apasport.az

Azərbaycan millisinin bu ay açıqlanacaq FİFA reytinqində 115-ci olacağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yığmamız planetin ən yaxşı 100 komandası arasında 1 il duruş gətirib.
Belə ki, 2016-cı ilin oktyabrında 133-cü yerdən 88-ci pilləyə yüksələn Robert Prosineçkinin yetirmələri bu müddətdə “yüzlüy”ü tərk etməmişdi. Son 12 cədvəldə ən yaxşısı 76-cı, ən pisi 92-ci olan yığmamız 23 pilləlik enişlə “Top-100”dən kənar düşür.
Ümumiyyətlə, Azərbaycan millisi bu dəfə ən çox geriləyənlər sırasındadı. Ekvador ... Ardını oxu »

Kateqoriya: İdman | Baxışlar: 227 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 13.10.2017 | Şərhlər (0)

To Buy Your Gadan verilişi hazır oldu. Artıq ən formatsız verilişlərdən birinin ilk buraxılışı internetə yerləşdirildi. TBYG verilişinin ilk buraxılışında Youtube Poop janrının Azərbaycan versiyası hazırlandı. Bu tipli videolarda montaj və s. xüsusi yer alır. Ən qarışıq məzmunda video hazırlanır. Hazırda Köhnə VHSin gücü adı ilə yerləşdirilmiş video AZYTP janrında olan nadir videolardandır. To Buy Your Gadan verilişinin tam formatsız olması ilə əlaqədar olaraq burada müxtəlif janrda videolar yerləşdirilə bilər. Həmçinin TBYG verilişinin formatı ilə əlaqədar olaraq verilişdən əvvəl diskleymerdən də istifadə olunmuşdur.

To Buy Your Gadan verilişinin ilk buraxılışına buradan baxa bilərsiniz: https://www.youtube.com/watch?v=aaQDe4vlt8A

Kateqoriya: MIF TV | Baxışlar: 238 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 01.09.2017 | Şərhlər (0)

Mənbə: Ictnews.az, Şəkil: Ictnews.az

“Google” şirkəti “YouTube” videohostinqinə tünd dizayn  və şaquli video dəstəyi əlavə edib. Həmçinin videohostinqin loqotipi dəyişdirilib.

Loqotipdə "Tube" sözü daha əvvəlki kimi qırmızı rənglə fərqləndirilmir. Tədricən saytın kompüter versiyasının rəng sxemində bu rəngdən imtina edilir. Hostinq videonun ikonkaları arasındakı məsafəni artırıb.

“ICTnews” Elektron Xəbər Xidməti “rambler.ru” saytına istinadən yazır ki, yeni dizaynda "gecə rejimi" istifadəyə verilib. Bu rejim aktivləşdirildikdə saytın r ... Ardını oxu »

Kateqoriya: Texnologiya | Baxışlar: 201 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 31.08.2017 | Şərhlər (0)

Mənbə: Axsam.az, Şəkil: Axsam.az

Aktyor Elnur Hüseynov yenidən “Bacanaqlar” serialına qayıdıb.

Axşam.az-ın məlumatına görə, aktyor yeni mövsümdə efirə gedəcək bölümlərdə yer alacaq.

Bu haqda əməkdaşımızla söhbətində ekran işinin baş prodüseri Elməddin Cəfərov deyib. O bildirib ki, “Bacanaqlar” bu mövsümdə daha maraqlı və fərqli olacaq. Elnur bundan əvvəl sözügedən serialda bacanaqlardan biri olan Qisməti canlandırırdı.

Qeyd edək ki, E.Hüseynov “Kişi sözü” serialında rol alırdı. Elə buna görə də “Bacanaqlar”dan getmişdi. “Kişi söz ... Ardını oxu »

Kateqoriya: Azərbaycan | Baxışlar: 171 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 31.08.2017 | Şərhlər (0)

Mənbə: Ictinfo.az, Şəkil: Ictinfo.az

Nokia ticarət markasına sahib olan HMD Global Oy Londonda Nokia 8 smartfonu rəsmən təqdim etdi. Ictinfo.az macdigger.ru-ya istinadən bildirir ki, Nokia 8 Quad HD (2560 x 1440 piksel) təsvir ölçülü 5,3 düym ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, 4 giqabayt operativ və 64 giqabayt tutumlu quraşdırılmış yaddaş, 13 meqapikselli qoşa əsas Carl Zeiss kamerası ilə təchiz edilib. Tək olan ön kamera da eyni icazəyə və optikaya malikdir. Kamera Facebook-da və ya YouTube-da videonu standart proqramdan translyasiya etməklə həcmli səsyazma ilə də istifadəçilərin rahatlığın təmin edəcək. Android 7.1.1 Nougat əməliyyat sisteminin idarəetməsi ilə işləyən, ön paneldə barmaq izi skanerli s ... Ardını oxu »

Kateqoriya: Texnologiya | Baxışlar: 200 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 17.08.2017 | Şərhlər (0)

Mənbə: Apasport.az, Şəkil: Apasport.az

“Məlum olduğu kimi, 2017-ci ilin yanvar ayında Azərbaycan Beynəlxalq Bankı (ABB) yeni struktur dəyişiklikləri ilə əlaqədar olaraq, “İnter” Peşəkar İdman Klubuna sponsorluq etməkdən imtina edib. Bu dövrdən etibarən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) klubu kənar idarəçiliyə götürüb və Premyer Liqada, Avropa Liqası oyunlarında iştirakını təmin edib”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaur Axundov deyib.

Paytaxt təmsilçisinin Müşahidə Şurasının sədri klubun rəsmi saytına açıqlama verib.

O, “İnter”in adının dəyişdiriləcəyini təsdiqləyib: “Klubun adının “İnter” olması bilavasitə ABB ... Ardını oxu »

Kateqoriya: Azərbaycan | Baxışlar: 160 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 09.08.2017 | Şərhlər (0)

« 1 2 3 4 5 ... 8 9 »