[... ]
Əsas səhifə » 2017 » Oktyabr » 13 » Azərbaycan yığması FİFA reytinqində 115-ci yerə enir
15:48
Azərbaycan yığması FİFA reytinqində 115-ci yerə enir

Mənbə: Apasport.az, Şəkil: Apasport.az

Azərbaycan millisinin bu ay açıqlanacaq FİFA reytinqində 115-ci olacağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yığmamız planetin ən yaxşı 100 komandası arasında 1 il duruş gətirib.
Belə ki, 2016-cı ilin oktyabrında 133-cü yerdən 88-ci pilləyə yüksələn Robert Prosineçkinin yetirmələri bu müddətdə “yüzlüy”ü tərk etməmişdi. Son 12 cədvəldə ən yaxşısı 76-cı, ən pisi 92-ci olan yığmamız 23 pilləlik enişlə “Top-100”dən kənar düşür.
Ümumiyyətlə, Azərbaycan millisi bu dəfə ən çox geriləyənlər sırasındadı. Ekvador və Litva hamıdan çox – hərəyə 25 pillə aşağı yuvarlanırsa, yığmamız “-23”ə üzülür.
Qeyd edək ki, FİFA reytinqinin təxmini versiyası bu gün açıqlansa da, rəsmi cədvəl oktyabrın 16-da dərc olunacaq. 

Kateqoriya: İdman | Baxışlar: 230 | Əlavə etdi: SpongeBob | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
avatar