[... ]
Əsas səhifə » 2017 » Oktyabr » 21 » İnter Bakının adı Keşlə ilə əvəz olundu
22:19
İnter Bakının adı Keşlə ilə əvəz olundu

Mənbə: Qafqazinfo.az, Şəkil: Qafqazinfo.az

İnter Bakı artıq Keşlə olaraq adlanacaq. “Qafqazinfo” xəbər verir ki, Topaz Premyer Liqasının 9-cu turunda “Səbail”lə qarşılaşacaq komanda növbəti matçları artıq “Keşlə” adı altında oynayacaq. 

Paytaxt klubunun avtobusunun üzərində uzun müddətdir ki, “Keşlə”nin loqosu və adı həkk olunsa da, stadionda “İnter” adı və loqosu mövcud idi. Artıq “İnter Arena”da da dəyişikliklər edilib. 

Artıq “bankirlər”in rəsmi “İnstagram” səhifəsində və stadionunda da “Keşlə” sözünə rast gəlmək mümkündür. Belə ki, komandanın sosial şəbəkədəki hesabı “Keshlafc”-ya dəyişdirilib. Ümumiyyətlə, stadionda da bütün "İnter" sözləri "Keşlə" ilə əvəz edilib.

Kateqoriya: Azərbaycan | Baxışlar: 208 | Əlavə etdi: SpongeBob | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
avatar