[... ]
Əsas səhifə » 2017 » Avqust » 31 » Youtube dizaynını və loqotipini dəyişdi
19:13
Youtube dizaynını və loqotipini dəyişdi

Mənbə: Ictnews.az, Şəkil: Ictnews.az

“Google” şirkəti “YouTube” videohostinqinə tünd dizayn  və şaquli video dəstəyi əlavə edib. Həmçinin videohostinqin loqotipi dəyişdirilib.

Loqotipdə "Tube" sözü daha əvvəlki kimi qırmızı rənglə fərqləndirilmir. Tədricən saytın kompüter versiyasının rəng sxemində bu rəngdən imtina edilir. Hostinq videonun ikonkaları arasındakı məsafəni artırıb.

“ICTnews” Elektron Xəbər Xidməti “rambler.ru” saytına istinadən yazır ki, yeni dizaynda "gecə rejimi" istifadəyə verilib. Bu rejim aktivləşdirildikdə saytın rəng sxemi tünd rəngə keçir.

“YouTube” videohostinqində çarxın göstərilmə sürətini seçmək mümkün olacaq. Saytın mobil versiyasında ekranın sağ və ya sol hissəsinə iki dəfə toxunuş etməklə videonu 10 dəqiqə irəli və ya geri çəkmək olar.

Mobil versiyada "kitabxana" və "hesab" bölmələri yaradılıb. Reklam bannerləri ağ rəngdə göstərilir.

Hostinqin veb-versiyası maydan etibarən sınaqdan keçirilirdi. İndi hər kəs üçün əlçatandır.

Kateqoriya: Texnologiya | Baxışlar: 203 | Əlavə etdi: SpongeBob | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
avatar