[... ]
Əsas səhifə » MIF TV

Müəllif: İsmayıl Mikayılov (MIF TV)

Bu gün MIF TV 2 yaşını qeyd edir. Fəaliyyət dövrü ərzində MIF bir neçə fərqli layihələrə imza atmışdır. Verilişlərin fərqli məzmunu onların xüsusilə seçilməsinə səbəb olmuşdur. Qeyd edək ki, bu gün MIF TV, MIF Design, MIF 2 yaşını qeyd edir.

Kateqoriya: MIF TV | Baxışlar: 206 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 25.05.2019 | Şərhlər (0)

MIF TV-də yeni layihələr hazırlanır. Bunlar arasında səsləndirmələr, verilişlər mövcuddur. Artıq Biz adi ayılarıq cizgi serialının iki seriyası tam səsləndirilmişdir və tamaşaçılar onları izləyə bilərlər. Bunun üçün forumda müvafiq mövzunu seçmək lazımdır. Digər layihələr arasında isə Süngər Bob Kvadrat Şalvar və Rokkonun müasir həyatı cizgi seriallarının səsləndirilməsi nəzərdə tutulur. Verilişlər arasında isə yeni Müzakirə verilişinin ilk buraxılışı və digər verilişlərin yeni buraxılışlarının hazırlanması nəzərdə tutulmuşdur.

Kateqoriya: MIF TV | Baxışlar: 234 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 28.08.2018 | Şərhlər (0)

Müəllif: İsmayıl Mikayılov (MIF TV)

MIFdub fəaliyyətə yeni başlasa da, artıq ilk layihələri təqdim etməkdədir. Artıq xarici cizgi serialların səsləndirilməsinə başlanılmışdır və ilk layihələr olaraq Süngər Bob Kvadrat Şalvar və Biz adi ayılarıq cizgi serialları nəzərdə tutulmuşdur. Beləliklə, artıq MIF TV-də ilk dəfə Biz adi ayılarıq (We Bare Bears) cizgi serialına Azərbaycan dilində baxa bilərsiniz. İlk seriya olan "Bizim əşyalar" artıq tam səsləndirilmişdir və onu izləyə bilərsiniz.

Biz adi ayılarıq S01E01 Bizim əşyalar seriyasını buradan izləyə bilərsiniz: Link

Kateqoriya: MIF TV | Baxışlar: 261 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 22.08.2018 | Şərhlər (0)

Bu gün MIF TV-nin fəaliyyətə başladığı gündür. 25 may tarixində yaranmış telekanal 1 ildir ki, fəaliyyət göstərir. MIF TV 1 il ərzində bir neçə layihə təqdim etmişdir. Xəbərlər kanalın əsas hissəsidir. Kanal həm mətn, həm də video şəklində xəbərləri tamaşaçıya çatdırır. Bu xəbərlər istənilən mövzuda ola bilər. Kanalda informativ verilişlər sırasına İcmal və Müzakirə verilişlərini də daxil etmək olar. Bunlardan yalnız Müzakirə yayıma başlamamışdır. Bununla yanaşı, əyləncəli verilişlər də yayımlanır. To Buy Your Gadan və The Soyugdayma verilişləri məhz əyləncə mövzusundadır. Qeyd edək ki, bu gün təkcə MIF TV yox, o cümlədən, MIF kompaniyası və MIF Design ad gününü qeyd edir.

Kateqoriya: MIF TV | Baxışlar: 206 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 25.05.2018 | Şərhlər (0)

To Buy Your Gadan verilişi hazır oldu. Artıq ən formatsız verilişlərdən birinin ilk buraxılışı internetə yerləşdirildi. TBYG verilişinin ilk buraxılışında Youtube Poop janrının Azərbaycan versiyası hazırlandı. Bu tipli videolarda montaj və s. xüsusi yer alır. Ən qarışıq məzmunda video hazırlanır. Hazırda Köhnə VHSin gücü adı ilə yerləşdirilmiş video AZYTP janrında olan nadir videolardandır. To Buy Your Gadan verilişinin tam formatsız olması ilə əlaqədar olaraq burada müxtəlif janrda videolar yerləşdirilə bilər. Həmçinin TBYG verilişinin formatı ilə əlaqədar olaraq verilişdən əvvəl diskleymerdən də istifadə olunmuşdur.

To Buy Your Gadan verilişinin ilk buraxılışına buradan baxa bilərsiniz: https://www.youtube.com/watch?v=aaQDe4vlt8A

Kateqoriya: MIF TV | Baxışlar: 238 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 01.09.2017 | Şərhlər (0)

25 may tarixindən etibarən, MIF TV fəaliyyətə başlayır. Əsasən xəbərlər paylaşılacaq, videolara da yer ayrılacaqdır. Kanal informasiya ilə yanaşı əyləncəyə də yer verəcəkdir.

Kateqoriya: MIF TV | Baxışlar: 193 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 25.05.2017 | Şərhlər (0)