[... ]
Əsas səhifə » Xəbərlərin arxivi

Mənbə: 3DNews.ru, Şəkil: 3DNews.ru, Müəllif: İsmayıl Mikayılov (MIF TV)

HMD Global şirkəti rəsmi olaraq Nokia X5 smartfonunu təqdim etdi. Orta səviyyəli model, həmçinin, Nokia 5.1 Plus olaraq tanınırdı. Yeni model ağ, qara və göy rənglərdə mövcud olacaqdır.

Telefonun ekranı 5,86 düym ölçüdədir və HD+ (1520x720) formatdadır. Nisbət 19:9 kimidir. Ekranın yuxarısında kəsik mövcuddur. Kəsik olan hissədə 8 meqapikselli, maksimal diafraqmalı (f/2,2), 80,4 dərəcəli görüntü bucaqlı ön kamera yerləşdirilmişdir.

Əsas kamera ikilidir. Onlardan biri 13 MP (f/2,0), digəri isə 5 MP-dir. Faza avtofokusu və işıq mövcuddur.

Prosessor olaraq Mediatek Helio P60-dan istifadə olunmuşdur. O, özündə 4 nüvəli ARM Cortex-A73 və ... Ardını oxu »

Kateqoriya: Texnologiya | Baxışlar: 238 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 18.07.2018 | Şərhlər (0)

Mənbə: Gizchina, Şəkil: Gizchina, Müəllif: İsmayıl Mikayılov (MIF TV)

Bir aydan da az müddət əvvəl təqdim olunmuş Nokia X6 smartfonu Nokia telefonları içərisində ilk dəfə olaraq ekran çıxıntısına sahib olmuşdu. Nokianın ikinci belə smartfonu Nokia 5.1 modeli olmalıdır.

Nokia X6 üçün gəlmiş yenilənmədə ekran çıxıntısını gizlətmək mümkün olacaq. Bu funksiyanın köməkliyi ilə çıxıntı olan hissənin hər yeri qara rəngə boyanacaqdır

Daha bir yenilik isə Nokia X6 smartfonunun kamerasına portret rejimi tətbiqinin gəlməsidir. Bunlarla yanaşı, istifadəçilər hansı proqramların fon rejimində işləyə biləcəklərini də müəyyənləşdirə bilərlər.

Kateqoriya: Texnologiya | Baxışlar: 213 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 13.06.2018 | Şərhlər (0)

Mənbə: Apasport.az, Şəkil: Apasport.az

Bu gün Azərbaycan kubokunun final matçı keçirilib. Apasport.az saytının məlumatına görə, Qəbələ şəhər stadionundakı matçla 2017/18 mövsümünə yekun vurulub.

Azərbaycanda Cümhuriyyətin 100 illik yubileyi gününə təsadüf edən finalda “Keşlə” və “Qəbələ” qarşılaşıb. İndiyədək komandalardan heç biri kubok qazanmadığından mükafat yeni sahibini tanıyıb. 

Görüş "Keşlə"nin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Pərdis Fərcad-Azadın 71-ci dəqiqəsində vurduğu qol matçda yeganə olub. 

Qəbələdəki qələbə iki dəfə çempion, bir dəfə “Birlik Kuboku”nun qalibi olan bakılılar üçün ümumilikdə 4-cü titul olub.

... Ardını oxu »
Kateqoriya: İdman | Baxışlar: 220 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 28.05.2018 | Şərhlər (0)

Bu gün MIF TV-nin fəaliyyətə başladığı gündür. 25 may tarixində yaranmış telekanal 1 ildir ki, fəaliyyət göstərir. MIF TV 1 il ərzində bir neçə layihə təqdim etmişdir. Xəbərlər kanalın əsas hissəsidir. Kanal həm mətn, həm də video şəklində xəbərləri tamaşaçıya çatdırır. Bu xəbərlər istənilən mövzuda ola bilər. Kanalda informativ verilişlər sırasına İcmal və Müzakirə verilişlərini də daxil etmək olar. Bunlardan yalnız Müzakirə yayıma başlamamışdır. Bununla yanaşı, əyləncəli verilişlər də yayımlanır. To Buy Your Gadan və The Soyugdayma verilişləri məhz əyləncə mövzusundadır. Qeyd edək ki, bu gün təkcə MIF TV yox, o cümlədən, MIF kompaniyası və MIF Design ad gününü qeyd edir.

Kateqoriya: MIF TV | Baxışlar: 206 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 25.05.2018 | Şərhlər (0)

Mənbə: Baidu, Şəkil: Baidu, Müəllif: İsmayıl Mikayılov (MIF TV)

Nokia X (və ya Nokia X6) smartfonunun bu gün anons olunacağı gözlənilirdi. Doğrudan da, artıq internetdə smartfonun şəkilləri yayılmışdır. Lakin bunu tam anons adlandırmaq olmaz. Çünki telefonun parametrləri barədə də demək olar ki, məlumat yoxdur. Smartfonun qiymətindən də söhbət açılmamışdır. Şəkillərdə telefonun ekran çıxıntısına sahib olması görünür. Telefonun arxasında barmaq izi skaneri və iki kamera yerləşdirilmişdir. Telefonun necə adlandırılması da hələ tam dəqiq deyil. Bundan əvvəl də telefonun şəkilləri yayılmışdı. Hazırki şəkillər ilə onlar arasında telefonun dizaynına görə az fərqlər mövcuddur.< ... Ardını oxu »

Kateqoriya: Texnologiya | Baxışlar: 199 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 27.04.2018 | Şərhlər (0)

Mənbə: Gsmarena.com, Şəkil: Gsmarena.com Müəllif: İsmayıl Mikayılov (MIF TV)

Huawei şirkəti bu günlərdə üç kameralı smartfonunu təqdim etmişdir. Şirkət daha bir yeniliyə imza atmışdır. Artıq kompaniya kitab kimi qatlanan smartfonunu patentləşdirmişdir. Patentləşdirmə üçün ərizə 19 sentyabr 2017-ci il tarixində təqdim olunsa da, dünən dərc olunmuşdur. Mexanizminə görə Microsoft Surface Book-u xatırladan modelin ondan bəzi fərqləri mövcuddur. Əsasən, mexanizm kiçildilmiş miqyasdadır və smartfona daha uyğundur.

Kateqoriya: Texnologiya | Baxışlar: 187 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 30.03.2018 | Şərhlər (0)

Mənbə: Techcrunch.com, Şəkil: Techcrunch.com, Müəllif: İsmayıl Mikayılov (MIF TV)

HMD Global Nokia 8110 4G modelini MWC-2018 çərçivəsində Barselona şəhərində təqdim etdi. Bu telefon 1996-cı ildə buraxılmış Nokia 8110 telefonunun yeni versiyasıdır. Hazırki versiyada telefon iki rəngdə təqdim olunmuşdur: qara və sarı.

Telefon slayder-qapaq funksiyasını saxlamışdır. Bu slayder-qapaq düymələr işlədilməyən zaman onları qapamaq üçündür. Həmçinin, bu slayderin köməkliyi ilə zəngə cavab vermək və başa çatdırmaq olar.

Nokia 8110 4G telefonunda Google Assistant, Google Search, Google Maps, Facebo ... Ardını oxu »

Kateqoriya: Texnologiya | Baxışlar: 210 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 25.02.2018 | Şərhlər (0)

Mənbə: Gsmarena.com, Şəkil: Gsmarena.com, Müəllif: İsmayıl Mikayılov (MIF TV)

İnternetdə yayılmış bəzi məlumatlara görə, HMD Global Nokia 8110 modelini yenidən istehsal edə bilər. Telefonun 4G olması və arxa kameraya malik olması qeyd olunmuşdur. Polşa saytları, həmçinin, telefonun YunOS əməliyyat sistemində çalışacağını bildirir. Telefonun 1200 mAh batareyaya malik olması göstərilir.

Telefonun may ayında satışa çıxarılacağı və 79 avro qiymətində olacağı qeyd olunur.

Lakin bu məlumatların nə qədər həqiqətə uyğun olması məlum deyil.

Kateqoriya: Texnologiya | Baxışlar: 180 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 24.02.2018 | Şərhlər (0)

Mənbə: The Verge, Şəkil: The Verge, Müəllif: İsmayıl Mikayılov (MIF TV)

Google şəkillər üzrə axtarışda "view image" (şəkilə baxmaq) düyməsini ləğv etdi. Bu düymə vasitəsilə şəkilləri tam ölçüdə açmaq olardı və bununla da onların yüklənməsi asanlaşırdı.

Artıq istifadəçilər şəkli onun yerləşdiyi sayta daxil olaraq tapmalıdırlar. Belə bir addımın atılmasına səbəblərdən biri Google il ... Ardını oxu »

Kateqoriya: Texnologiya | Baxışlar: 274 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 16.02.2018 | Şərhlər (0)

Mənbə: Gsmarena.com, Şəkil: Gsmarena.com, Müəllif: İsmayıl Mikayılov (MIF TV)

HMD Global kompaniyası Avropada Asha ticarət markası üçün hüquq aldı.

Məlum olduğu kimi, hazırda HMD Nokia brendi altında telefonlar istehsal edir. Nokia kompaniyası əvvəllər Asha markası ilə telefonlar istehsal edirdi. Bu telefonlar üçün sensor ekran və Facebook, Twitter və Whatsapp onlayn servislərdən istifadə xarakterik idi.

Asha telefonları özlərində smartfonlara xas bəzi xüsusiyyətləri daşıyırdı. O vaxt üçün smartfonlar daha baha idi. Ola bilsin HMD N ... Ardını oxu »

Kateqoriya: Texnologiya | Baxışlar: 188 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 12.01.2018 | Şərhlər (0)

« 1 2 3 4 ... 8 9 »