[... ]
Əsas səhifə » 2018 » Fevral » 16 » Google şəkilləri yükləməyi çətinləşdirdi
19:27
Google şəkilləri yükləməyi çətinləşdirdi

Mənbə: The Verge, Şəkil: The Verge, Müəllif: İsmayıl Mikayılov (MIF TV)

Google şəkillər üzrə axtarışda "view image" (şəkilə baxmaq) düyməsini ləğv etdi. Bu düymə vasitəsilə şəkilləri tam ölçüdə açmaq olardı və bununla da onların yüklənməsi asanlaşırdı.

Artıq istifadəçilər şəkli onun yerləşdiyi sayta daxil olaraq tapmalıdırlar. Belə bir addımın atılmasına səbəblərdən biri Google ilə Getty Images arasında əldə olunmuş razılıqdır.

Hazırda şəkilləri yükləmək üçün bəzi üsullardan istifadə etmək olar. Şəklin üzərinə siçanın sağ düyməsi ilə klikləyərək "Şəkli yeni səhifədə açmaq" hissəsini seçmək lazımdır. Həmçinin, sağ düyməni kliklədikdən sonra "Şəklin URL-ni köçürmək" hissəsini seçmək olar. Sonra yeni səhifədə ünvan zolağına həmin URL-i daxil etmək olar.

Kateqoriya: Texnologiya | Baxışlar: 278 | Əlavə etdi: SpongeBob | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
avatar