[... ]
Əsas səhifə » 2018 » Fevral » 25 » MWC 2018-də düyməli slayder-telefon Nokia 8110 təqdim olundu
22:05
MWC 2018-də düyməli slayder-telefon Nokia 8110 təqdim olundu

Mənbə: Techcrunch.com, Şəkil: Techcrunch.com, Müəllif: İsmayıl Mikayılov (MIF TV)

HMD Global Nokia 8110 4G modelini MWC-2018 çərçivəsində Barselona şəhərində təqdim etdi. Bu telefon 1996-cı ildə buraxılmış Nokia 8110 telefonunun yeni versiyasıdır. Hazırki versiyada telefon iki rəngdə təqdim olunmuşdur: qara və sarı.

Telefon slayder-qapaq funksiyasını saxlamışdır. Bu slayder-qapaq düymələr işlədilməyən zaman onları qapamaq üçündür. Həmçinin, bu slayderin köməkliyi ilə zəngə cavab vermək və başa çatdırmaq olar.

Nokia 8110 4G telefonunda Google Assistant, Google Search, Google Maps, Facebook və Twitter proqramları vardır. Oyunlardan isə Snake oyununu qeyd etmək olar. Telefon 2 MP arxa kameraya malikdir, qiyməti 79 avrodur. Telefonun batareyası 1500 mAh-dır. Bu 9 saat 4G şəbəkədə danışmağa, 48 saat qulaqcıqlarla musiqiyə qulaq asmağa imkan verir.

Kateqoriya: Texnologiya | Baxışlar: 212 | Əlavə etdi: SpongeBob | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
avatar