[... ]
Əsas səhifə » Xəbərlərin arxivi

Şəkil: UEFA.com

Azərbaycanın beynəlxalq dərəcəli FIFA referiləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarına təyinat alıblar. MIF TV-nin AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Kayrat - Atlants qarşılaşmasının baş hakimi Ömər Paşayev, Ventspils - Valur qarşılaşmasının baş hakimi isə Rəhim Həsənov olacaq.

29 iyun

“Kayrat” (Qazaxıstan) – “Atlants” (Litva)
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov
Dördüncü hakim: Əliyar Ağayev

 

“Ventspils” (Latviya) – “Valur” (İslandiya)
Baş hakim: Rəhim Həsənov ... Ardını oxu »

Kateqoriya: İdman | Baxışlar: 186 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 21.06.2017 | Şərhlər (0)

Şəkil: Salamnews.org

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 17-də Bakı, Sumqayıt, Abşeron şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.

DİM-dən MIF TV-yə verilən məlumata görə, imtahanın nəticələri iyunun 20-də saat 16:45-dən etibarən DİM-in internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Şagirdlər iş nömrələrini mobil operato ... Ardını oxu »

Kateqoriya: Azərbaycan | Baxışlar: 164 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 20.06.2017 | Şərhlər (0)

Mənbə: Azertag.az, Şəkil: Azertag.az

Bir neçə aydır Finlandiyanın “HMD Global” şirkəti “Nokia 9” smartfon modelinin hazırlanması ilə məşğuldur. İki həftə əvvəl internetdə yeni qurğunun texniki xüsusiyyətləri barədə məlumatlar yayılmağa başlayıb.

AZƏRTAC “4PDA” resursuna istinadən xəbər verir ki, “Nokia 9” 2560х1440 piksel təsvir ölçülü 5,3 düym diaqonallı ekran, 4 giqabaytlıq operativ yaddaş, iki 13 meqapikselli modula malik əsas kamera, “Snapdragon 835” prosessoru və “Android 7.1.1 Nougat” əməliyyat sistemi ilə təchiz ediləcək. Lakin son məlumatlara görə, yeni smartfon gözləniləndən daha güclü olacaq.

... Ardını oxu »
Kateqoriya: Texnologiya | Baxışlar: 167 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 19.06.2017 | Şərhlər (0)

Mənbə: Oxu.az, Şəkil: Oxu.az

Rusiyada təşkil olunan Konfederasiyalar Kuboku çərçivəsində "A" qrupunda ilk turun daha bir oyunu keçirilib.

Oxu.Az Report-a istinadan verdiyi məlumata görə, Kazandakı eyniadlı arenada Portuqaliya ilə Meksika milliləri üz-üzə gəlib.

Görüş 2:2 hesablı heç-heçə ilə nəticələnib. Son Avropa çempionları iki dəfə önə keçmələrinə baxmayaraq, hesabı qoruya bilməyiblər.

Beləliklə, ilk turun açılış matçında Yeni Zelandiy ... Ardını oxu »

Baxışlar: 179 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 18.06.2017 | Şərhlər (0)

Mənbə: Milli.az, Şəkil: Milli.az

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı, Sumqayıt, Abşeron şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

Milli.Az xəbər verir ki, Mərkəzdən Trend-ə verilən məlumata görə, bu gün ümumilikdə 76636 şagirdin (IX sinif üzrə 43781, XI sinif üzrə 32855) imtahan verəcəyi gözlənilir.

Buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 90 imtahan binası ayrılıb.

Bu gün 43781 (Bakıda 32267, Sumqayıtda 4362, Abşeronda 3 ... Ardını oxu »

Kateqoriya: Azərbaycan | Baxışlar: 161 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 17.06.2017 | Şərhlər (0)

Mənbə: Milli.az, Şəkil: Milli.az

"Qarşıdurma" devizi altında yayımlanan "Maşın" şou sona çatıb və qalib müəyyən olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu aktyor İslam Mehrəliyevdir.

Belə ki, maşından ilk olaraq əlini rəqqasə Oksana Rəsulova, ikinci isə aktyor Elcan Rəsulov götürüb.

E.Rəsulov səhhətinin imkan vermədiyi üçün oyunu tərk edib:

"Dəfələrlə demişdim ki, İslam maşınsız qalmayacaq, qalmadı da".

"Maşın"ın bugünki final gecəsində avtomobilin açarları finalçıya təqdim olunub.

Qeyd edək ki, mayın 28-dən yayımlanan "Maşın&q ... Ardını oxu »

Kateqoriya: Azərbaycan | Baxışlar: 191 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 16.06.2017 | Şərhlər (0)

Mənbə: Gizmochina, Şəkil: Gizmochina, Müəllif: İsmayıl Mikayılov (MIF TV)

Meizu kompaniyası qeyri-adi dizaynlı Pro 7 smartfonunu hazırlayır. Smartfon iki ekrana malikdir. Ön ekran adi ekrandır, arxa ekran isə elektron mürəkkəbə əsaslanan miniatür ekrandır.

İnternetdə Meizu Pro 7 smartfonunun yayılmış şəkilləri onun ikiekranlı olmasını göstərir. Yotaphone smartfonundan fərqli olaraq, ikinci ekran kiçikölçülüdür və kameranın aşağısında yerləşir. Ekranda tarix, hava haqqında məlumat və s. qeyd olunub. Həmçinin, kamera ikilidir, işıq is ... Ardını oxu »

Kateqoriya: Texnologiya | Baxışlar: 201 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 15.06.2017 | Şərhlər (0)

Mənbə: Apa.az, Şəkil: Apa.az

Bu gün Azərbaycanda 2016/2017-ci dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınır.
 
APA-nın xəbərinə görə, 2016/2017-ci tədris ilinin sonuna olan proqnoz üzrə respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638, XI siniflərini 84 088, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 şagird bitirir.
 
2017-2018-ci tədris ilinin əvvəlinə 164 945 nəfərin I siniflərə qəbulu gözlənilir.
 
2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfini 27 708, XI sinfini 19 525 nəfər bitirəcək. Paytaxtda 45 321 nəfər I sinfi, 599 nəfər XII sinfi (əy ... Ardını oxu »

Kateqoriya: Azərbaycan | Baxışlar: 174 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 14.06.2017 | Şərhlər (0)

Mənbə: GSMarena.com, Şəkil: GSMarena.com, Müəllif: İsmayıl Mikayılov (MIF TV)

Motorola E seriyasından olan yeni Moto E4 və Moto E4 Plus smartfonlarını təqdim edib.

Moto E4 smartfonu 5 düymlü 1280x720 pikselli ekran, barmaq izi skaneri, 2 GB RAM, 16 GB yaddaş, 8 MP arxa və 5 MP ön kameraya malikdir. Wi-Fi və Bluetooth 4.1 dəstəkləyir. Əməliyyat sistemi Android 7.1 Nougat-dır. İki rəngdə: qara və qızılı olması nəzərdə tutulub. Batareyası 2800 mAh-dır.

Moto E4 Plus smartfonu isə, 5,5 düymlü 1280x720 pikselli ekrana malikdir. Batareyası 5000 mAh-dır. Arxa kamerası 13 MP, ön kamerası 5 MP-dir.

Moto E4 smartfonunun qiymətinin $129.99 / €149 olması, Moto E4 Plus smar ... Ardını oxu »

Kateqoriya: Texnologiya | Baxışlar: 181 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 13.06.2017 | Şərhlər (0)

Mənbə: Oxu.az, Şəkil: Oxu.az, Müəllif: L.Ə.

“Microsoft” korporasiyası E3 sərgisi çərçivəsində yeni “Xbox One X” oyun avadanlığını nümayiş etdirib.

Oxu.Az xəbər verir ki, bu oyun avadanlığı hazırda bazardakı ən güclü avadanlıq hesab edilir.

İstehsalçı iddia edir ki, avadanlıqdakı oyunları 4K formatında 60 ps tezliyi ilə oynamaq mümkündür. Onun qrafik kartının gücü isə 6 teraflops təşkil edir. Bundan başqa, yeni oyun avadanlığı istehsalçının bütün avadanlıqları arasında ən yığcamıdır. O, həmçinin “Xbox One S” üçün mövcud olan bütün cihazlarla uyğun gəlir.

Yeni o ... Ardını oxu »

Kateqoriya: Texnologiya | Baxışlar: 181 | Əlavə etdi: SpongeBob | Əlavə tarixi: 12.06.2017 | Şərhlər (0)

« 1 2 ... 5 6 7 8 9 »