[... ]
Əsas səhifə » 2017 » İyun » 9 » Yahoo 4.48 milyard dollara satılır
18:48
Yahoo 4.48 milyard dollara satılır

Mənbə: Oxu.az, Şəkil: Infocity.az, Müəllif: L.Ə.

ABŞ-in internet xidməti şirkəti “Yahoo”nun səhmdarları şirkətin “Verizon”a olan satış əməliyyatını təsdiqləyib.

Oxu.Az “Bloomberg”ə istinadən xəbər verir ki, “Verizon” “Yahoo”nun səhmlərinə 4.48 milyard dollar ödəyib.

Məlumata görə, razılıq müqaviləsi 13 iyunda imzalanacaq. “Yahoo”nun yeni adı isə bundan sonra  “Altaba Inc” olacaq.

Bu açıqlamadan sonra Nyu-York birjasında “Yahoo”nun hissələri günlük 10.2 faiz, “Verizon”un hissələri 0.7 faiz dəyər itkisi ilə üzləşib,

Mütəxəsislər “Yahoo”nun 1 milyarddan çox istifadəçisinin  “Verizon”a keçəcəyini vurğulayır. Onların fikrincə, şirkətin internet xidmətləri bazarında payı ciddi şəkildə artacaq.

 

Kateqoriya: Texnologiya | Baxışlar: 171 | Əlavə etdi: SpongeBob | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
avatar