[... ]
Əsas səhifə » 2017 » İyul » 9 » Ueyn Runi Evertona qayıtdı
19:09
Ueyn Runi Evertona qayıtdı

Mənbə: Apasport.az, Şəkil: Apasport.az

“Everton” yetirməsi və keçmiş oyunçusu Ueyn Runinin transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, mersisaydlılar futbolçu ilə 2 illik müqavilə imzalayıb. Bu barədə klubdan açıqlama verilib.

“Mançester Yunayted”lə müqaviləsi 2019-cu ildə sona çatmalı olan Runi yetirməsi olduğu klubuna dönmək üçün sona qədər gözləməyib.

31 yaşındakı futbolçu 2004-cü ildə keçdiyi “qırmızı şeytanlar”ın heyətində 13 il eçirib və 14 kubok qazanıb.

Qeyd edək ki, İngiltərə milli komandasında da çıxış edən Runi milli ilə 119 oyunda meydana çıxıb.

Kateqoriya: İdman | Baxışlar: 190 | Əlavə etdi: SpongeBob | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
avatar