[... ]
Əsas səhifə » 2017 » May » 25 » UEFA Avropa Liqasının qalibi "Mançester Yunayted" oldu
14:24
UEFA Avropa Liqasının qalibi "Mançester Yunayted" oldu

Mənbə: Apasport.az, Şəkil: Daily Mail.

Qitənin ikinci dərəcəli klub turniri olan Avropa Liqasının finalı keçirilib. MIF TV-nin Apasport.az saytına istinadən verdiyi məlumatına görə, həlledici görüşdə “Ayaks” və “Mançester Yunayted” üz-üzə gəlib.

 

Çempionlar Liqasına çıxmaq baxımından əhəmiyyətli olan oyun buna daha çox ehtiyacı olan "Mançester Yunayted"in qələbəsi ilə başa çatıb. Belə ki, Joze Mourinyonun yetirmələri Premyer Liqada 6-cı yerdə qərarlaşdırdıqlarından bu matça xilas kimi baxırdılar.

 

Görüşdə hesabı Pol Poqba açıb. Fransız oyunçu 18-ci dəqiqədə fərqlənib. İlk hissə bu hesabla başa çatıb. İkinci yarının əvvəlində Mxitaryanın qolu ilə fərqi iki topa çatdıran "qırmızı şeytanlar" sona qədər üstünlüyü əldən verməyib və kuboku Mançesterə aparmağı bacarıb.

 

Avropa Liqası

Final

24 may


“Ayaks” (Hollandiya) – “Mançester Yunayted” (İngiltərə) - 0:2

Qollar: Poqba, 18, Mxitaryan, 48

 

Kateqoriya: İdman | Baxışlar: 176 | Əlavə etdi: SpongeBob | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
avatar