[... ]
Əsas səhifə » 2017 » İyun » 28 » UEFA Avropa Liqasında yeni mövsüm başlayır
20:38
UEFA Avropa Liqasında yeni mövsüm başlayır

Mənbə: Apasport.az, Şəkil: UEFA.com

Sabah Avropa Liqasında 2017/18 mövsümünə start veriləcək. Apasport.az saytının məlumatına görə, I təsnifat mərhələsində 100 komanda mübarizə aparacaq.

Bu isə o deməkdir ki, ilk oyunlar çərçivəsində 50 görüş baş tutacaq.

Turnirdəki təmsilçilərimizdən “İnter” üçün “Fola” (Lüksemburq) - “Milsami” (Moldova) cütündə kimin üstün olacağı böyük önəm kəsb edir. Belə ki, bakılılar Serbiyanın “Mladost” komandasını mübarizədən kənarlaşdıracaqları halda, II təsnifat mərhələsində məhz bu cütün qalibi ilə üz-üzə gələcəklər.

İlkin mərhələdən azad olan “Qəbələ” isə diqqətini “Dinamo” (Batumi, Gürcüstan) - “Yagelloniya” (Polşa) cütünə yönəldəcək. İki oyunun nəticəsinə görə sevinəcək tərəf növbəti mərhələdə “Qəbələ”nin önünə çıxacaq.

Avropa Liqasındakı digər təmsilçimiz “Zirə”nin isə növbəti mərhələyə adlayacağı halda, Rumıniyanın “Astra” klubu ilə üz-üzə gələcəyi öncədən bəlli idi.

Kateqoriya: İdman | Baxışlar: 173 | Əlavə etdi: SpongeBob | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
avatar