[... ]
Əsas səhifə » 2017 » May » 31 » Sınaq imtahanlarının nəticələri məlum olub
17:51
Sınaq imtahanlarının nəticələri məlum olub

Mənbə: Trend.az, Şəkil: Day.az, Müəllif: İlhamə İsabalayeva

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 27-də keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb.

MIF TV Trend-ə istinadən xəbər verir ki, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 24584 abituriyentdən 880 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 5 abituriyentin imtahan nəticələri ləğv edilib.

Qeyd edək ki, iyunun 11-də keçiriləcək növbəti sınaq imtahanına yazılış davam edir.

Kateqoriya: Azərbaycan | Baxışlar: 287 | Əlavə etdi: SpongeBob | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
avatar