[... ]
Əsas səhifə » 2017 » May » 29 » QWERTY klaviaturalı Nokia RX-100 smartfonunun prototipinin şəkilləri internetdə yayılıb
19:09
QWERTY klaviaturalı Nokia RX-100 smartfonunun prototipinin şəkilləri internetdə yayılıb

Mənbə: Baidu.com, Şəkil: Baidu.com, Müəllif: İsmayıl Mikayılov (MIF TV)

İnternetdə satışa çıxarılmamış Nokia RX-100 mobil telefonunun şəkilləri yayılıb. Smartfon QWERTY klaviaturaya malikdir və Windows Phone 8 əməliyyat sistemi ilə işləyir. Müəyyən səbəblərə görə Nokia tərəfindən prototipi hazırlanmış smartfon dövriyyəyə buraxılmayıb.

Üçdüymlü AMOLED ekranı olan telefonun, operativ yaddaşı 2 GB RAM, prosessoru Snapdragon S4 Plus olub. Telefonun MWC 2012-də nümayişi gözlənilirmiş, buna baxmayaraq, nədənsə bu baş tutmayıb. Şəkildəki telefonun Finlandiyada hazırlandığı bildirilir.

Telefon görünüşünə görə Nokianın E seriyasını xatırladır.

Kateqoriya: Texnologiya | Baxışlar: 228 | Əlavə etdi: SpongeBob | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
avatar