[... ]
Əsas səhifə » 2018 » Noyabr » 23 » Nokia Vega planşetinin prototipinin görüntüləri yayılıb
17:14
Nokia Vega planşetinin prototipinin görüntüləri yayılıb

Mənbə: Protobetatest.com, Şəkil: Protobetatest.com, Müəllif: İsmayıl Mikayılov (MIF TV)

Nokia şirkəti smartfonları ilə məşhur olsa da, vaxtı ilə şirkətin planşetləri də mövcud olmuşdur. Şirkət bir sıra yeni planşetləri satışa buraxmağı nəzərdə tutsa da, şirkətin Microsoft korporasiyasına satılması bunların reallaşmasına imkan verməmişdir. Buna baxmayaraq, 2013-cü ildə Nokia Lumia 2520 adlı planşet təqdim olunmuşdu.

Yayılmış görüntülərdə planşetin Windows RT əməliyyat sistemində çalışan Nokia Vega (RX-107) olduğu göstərilir. Planşet 10.1 düym ekran ilə, 8.0 MP arxa və 1.0 MP ön kamera ilə təchiz olunmuşdur. Telefon NVIDIA Tegra 3 prosessoruna malikdir. RAM 2 GB, daxili yaddaş isə 32 GB-dır.

Qeyd olunmalıdır ki, məşhur insayder Evan Blass 2015-ci ildə Nokianın dörd planşeti barədə məlumat vermişdir. Bu planşetlərin kod adı Illusionist, Mercury, Pine və Vega/Atlas olmuşdur. Sonralar isə Nokia Mercury planşetinin renderi dərc olunmuşdur.

Baxışlar: 205 | Əlavə etdi: SpongeBob | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
avatar