[... ]
Əsas səhifə » 2017 » İyun » 22 » Nokia tibbi cihazlarını təqdim etdi
14:20
Nokia tibbi cihazlarını təqdim etdi

Mənbə: Nokia.com, Şəkil: Nokia, Müəllif: İsmayıl Mikayılov (MIF TV)

Məlum olduğu kimi keçən il Nokia Withings kompaniyasını əldə etmişdi. Bu il Mobile World Congress tədbirində Nokia, Withings adı ilə olan tibbi cihazları Nokia adına keçirəcəyini demişdi. Artıq rebrendinqdən sonra bu məhsullar Nokia adı ilədir və məhsullarda müəyyən dəyişikliklər də öz əksini tapıb. Həmçinin, Nokia daha 2 yeni məhsulunu təqdim edib. Bunlara Nokia Body tərəzisi və BPM+ aiddir.

Fin kompaniyası Nokianın ilk yeniliyi Nokia Body tərəzisidir. Bu tərəzilər bədən çəkisini ölçməyə və bədən kütləsinin indeksini (BMI) müəyyən etməyə qadirdir. Wi-Fi və Bluetooth ilə təchiz olunub. Verilənlər avtomatik olaraq xüsusi proqrama göndərilir və geniş statistika ilə ətraflı məlumları öyrənmək olur. Qiyməti 60 dollardır. Digər Nokia Body Plus (əvvəlki Withings Body Plus) və Nokia Body Cardio (əvvəlki Withings Body Cardio) tərəziləri isə 100 dollardır. Onlar daha geniş funksionala malik olsalar da, heç biri Wi-Fi ilə təchiz olunmayıb.

İkinci yeni məhsul isə BPM+-dur. Bu tonometrdir, yəni arterial təzyiqi ölçən cihazdır. Withings məhsulu olan tonometrdən fərqli olaraq, Nokia tonometri daha yumşaq materialdan hazırlanıb, kompaktdır və istifadəyə də rahatdır. Funksiyalar isə standartdır: ürək döyüntülərinin tezliyinin, diastolik və sistolik təzyiqin ölçülməsi bunlara aiddir. Qiyməti isə 130 dollardır.

Yeniliklər digər Withings məhsullarına da təsir edib. Yuxu və aktivlik trekeri olan Go, termometr olan Thermo, havanın keyfiyyətini müəyyən edə bilən sensora malik kamera olan Home bu məhsullara aiddir. Həmçinin, artıq Withings Health Care proqramının adı Nokia Health Care olmuşdur. Proqramlar inkişaf etdirilmişdir və yeniliklər əlavə olunmuşdur. Misal olaraq Sleep Smarter, Leaderboard, Healthier Heart, Pregnancy Tracker, Better Body və yenilənmiş Naviqasiyanı göstərmək olar.

Kateqoriya: Texnologiya | Baxışlar: 181 | Əlavə etdi: SpongeBob | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
avatar