[... ]
Əsas səhifə » 2018 » Avqust » 15 » Nokia smartfonlarını Android 9 Pie-yə qədər yeniləyəcək
20:26
Nokia smartfonlarını Android 9 Pie-yə qədər yeniləyəcək

Mənbə: Ferra.ru, Şəkil: Ferra.ru, Müəllif: İsmayıl Mikayılov (MIF TV)

Nokia Mobile öz Twitter səhifəsində Android 9 Pie yenilənməsinin Nokia 3, 5, 6 və 8 smartfonlarında olacağını qeyd etmişdir. Bunlar mərhələ üzrə olacaqdır. Nokia 7 Plus Android One proqramının bir hissəsi olaraq iki il ərzində Android 9 Pie də daxil olmaqla proqram təminatının yenilənməsini alacaqdır.

Az sonra fin saytı olan Suomimobiili.fi HMD-dən rəsmi məlumatları almışdır. Nəticədə, demək olar ki, bir çox smartfonların yenilənəcəyi, HMD tərəfindən təsdiqlənmişdir. Yaxın aylarda Android 9 Pie yenilənməsini alacaq smartfonların tam siyahısı bu cürdür: Nokia 1 (Android Go), Nokia 2, Nokia 2.1 (Android Go), Nokia 3, Nokia 3.1, Nokia 5, Nokia 5.1, Nokia 6, Nokia 6.1, Nokia 6.1 Plus, Nokia 7 (Çin), Nokia 7 Plus, Nokia 8, Nokia 8 Sirocco, Nokia X6 (Çin), and Nokia X5 (Çin).

Xatırladaq ki, Google Android 9 Pie (Piroq) əməliyyat sisteminin stabil versiyasını 6 avqust tarixində təqdim etmişdir. Yeni versiya süni intellekt sistemi, iPhone X stilində ekran kəsiklərinin dəstəyi kimi yeniliklərlə təchiz olunmuşdur. Google Android P beta-test proqramına dəstək vermiş cihazlara yeniliyin payızın sonuna qədər gələcəyini söyləmişdi. Bunlara Sony Mobile, Xiaomi, HMD Global, Oppo, Vivo, OnePlus, Essential və Android One cihazları aiddir.

Kateqoriya: Texnologiya | Baxışlar: 253 | Əlavə etdi: SpongeBob | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
avatar