[... ]
Əsas səhifə » 2018 » Sentyabr » 28 » Nokia 9 smartfonunun yeni şəkilləri yayılıb
16:29
Nokia 9 smartfonunun yeni şəkilləri yayılıb

Mənbə: IXBT, Şəkil: IXBT, Müəllif: İsmayıl Mikayılov (MIF TV)

Çin sosial şəbəkəsi Weibo-da anons edilməmiş Nokia 9 smartfonunun yeni şəkilləri yayılıb. Əvvəlki şəkillərdən fərqli olaraq, burada telefonun ön hissəsinin təsviri verilmişdir. "Pentakameralı" smartfon ekranından daha çox Nokia 8 Sirocco modelini xatırladır. Qeyd edək ki, şəkillər özündə fabrik çertyojlarına əsaslanmış keyfiyyətli maşın təsvirlərini əks etdirir. Onlar Quansong Technology kompaniyası tərəfindən əldə olunmuşdur. Şəkillərdən telefonun 3.5 mm-lik qulaqcıq yeri ilə təchiz olunmadığı məlum olur. Nokia 9 smartfonunun anonsu bu ilin sonunda və ya gələn ildə olması gözlənilir. Çox güman ki, telefonun anonsu Mobile World Congress 2019 sərgisində fevral ayında olacaqdır.

Kateqoriya: Texnologiya | Baxışlar: 265 | Əlavə etdi: SpongeBob | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
avatar