[... ]
Əsas səhifə » 2018 » Dekabr » 31 » Nokia 9 smartfonunun ilk rəsmi görüntüsü yayılıb
14:09
Nokia 9 smartfonunun ilk rəsmi görüntüsü yayılıb

Mənbə: IXBT.com, Şəkil: Twitter, Müəllif: İsmayıl Mikayılov (MIF TV)

Nokia 9 smartfonunun yeni görüntüsü internetdə yayılmışdır. Digər şəkillərdən fərqli olaraq, bu şəkildə smartfonun daha keyfiyyətli təsviri verilmişdir. Təsvirin pentakameralı smartfonun ilk rəsmi renderi olduğunu da söyləmək olar. Şəkil Evan Blass tərəfindən yerləşdirilmişdir.

Şəkildən telefonda ekran çıxıntısının olmadığı aydın olur. Barmaq izi skaneri isə ekrana yerləşdirilmişdir. Ekranın arxa hissəsində isə Android One yazısı qeyd olunmuşdur. Beləliklə, telefonun Android 9.0 Pie Əməliyyat Sistemində çalışacağını söyləmək olar. Telefonun təqdim olunma tarixi və digər xüsusiyyətlər barədə isə məlumatlar yoxdur.

Kateqoriya: Texnologiya | Baxışlar: 215 | Əlavə etdi: SpongeBob | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
avatar