[... ]
Əsas səhifə » 2019 » Fevral » 28 » Nokia 9 smartfonu ilkin olaraq daha ucuz satışa çıxarılacaqdır
22:43
Nokia 9 smartfonu ilkin olaraq daha ucuz satışa çıxarılacaqdır

Mənbə: Gsmarena.com, Şəkil: Gsmarena.com, Müəllif: İsmayıl Mikayılov (MIF TV)

Nokia 9 PureView smartfonu ABŞ-da 3 mart tarixindən etibarən satışa çıxarılacaqdır. Nokia 9 Amazon, B&H, Best Buy kimi şəbəkələrdə əlçatan olacaqdır.

İlkin olaraqsmartfonun qiymətinin 699 dollar olacağı açıqlanmış idi. Lakin HMD Global şirkəti 3-11 mart tarixlərində smartfonu 100 dollar daha ucuz qiymətə satışa çıxaracaqdır. Beləliklə, smartfon 599 dollara satışa çıxarılacaqdır. Beş kamera ilə təchiz olunmuş smartfon üçün bu qiymət müəyyən qədər mübahisəlidir. Nəzərə alınmalıdır ki, digər şirkətlərin flaqman smartfonları 1000 dollar və daha baha olmaqla satışa çıxarılır.

Avropada smartfonun 1 aprel tarixində satışa çıxarılacağı gözlənilir. Bir çox ölkələrdə flaqman model üçün qiymət 650 avro olaraq təyin olunmuşdur. Niderlandda smartfon 600 avroya, Fransada isə 700 avroya təklif olunacaqdır.

Kateqoriya: Texnologiya | Baxışlar: 215 | Əlavə etdi: SpongeBob | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
avatar