[... ]
Əsas səhifə » 2017 » İyun » 11 » Motorola 21 iyun tarixində yeni smartfonunu təqdim edəcək
19:33
Motorola 21 iyun tarixində yeni smartfonunu təqdim edəcək

Mənbə: Phonearena, Şəkil: Phonearena, Müəllif: İsmayıl Mikayılov (MIF TV)

Motorola Brazil 21 iyunda Braziliyada keçiriləcək Hello Moto tədbirinə dəvətləri göndərməyə başlayıb. Tədbirdə yeni smartfonun təqdim olunacağı gözlənilir.

Belə modellərdən biri yaxın zamanda Braziliyada görülə bilinəcək Moto E4 Plus-dur. Bu telefonun batareyasının 5000 mAh olacağı qeyd olunur. Telefon 5,5 düymlü HD (1280x720) ekrana malikdir. RAM-ın 2 GB və 3 GB olacağı gözlənilir. Prosessor dördnüvəlidir. Arxa kameranın 13 MP, ön kameranın isə 5 MP olması gözlənilir.  Əvvəlcə Moto E4 Plus və Moto E4 telefonlarının təqdim olunma tarixi 17 iyul göstərilirdi.

Həmçinin, Moto Z2 və Moto X4 telefonlarının təqdimatı da gözlənilir.

Keçən həftə Braziliyada Moto Z2 Play smartfonu təqdim olunmuşdu. Son zamanlarda Braziliyada Motorolanın gəlirləri 30% artmışdır, elə məhz buna görə də kompaniya digər mobil telefonlarını da burada təqdim edir.

Kateqoriya: Texnologiya | Baxışlar: 198 | Əlavə etdi: SpongeBob | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
avatar