[... ]
Əsas səhifə » 2017 » İyul » 2 » Konfederasiyalar Kubokunda bürünc medalın sahibi Portuqaliya oldu
19:37
Konfederasiyalar Kubokunda bürünc medalın sahibi Portuqaliya oldu

Mənbə: Apasport.az, Şəkil: Apasport.az

Bu gün Konfederasiyalar Kubokuna yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, gün ərzində həm üçüncü yerin sahibi, həm də çempionun adına aydınlıq gələcək.

Əvəlcə bürünc medalın taleyi həll olunub. Portuqaliya Meksika ilə üz-üzə gəlib. Yarımfinalda Çiliyə oyunsonrası penalti seriyasında uduzan pirineylilər bu dəfə şansı əldən verməyiblər. Olduqca gərgin və mübarizə şəraitində keçən matçı Portuqaliya 2:1 hesabı ilə qazanıb.

Oyunun ilk dəqiqələrində penalti şansı əldə edən Avropa çempionları bu şansdan yararlana bilməyiblər. Hesabı isə Meksika açıb. 90 dəqiqəyə əlavə olunmuş 3-cü dəqiqədə bəraəbrlik qolunu vuran Pepe komandasını məğlubiyyətdən xilas etməklə matçı əlavə vaxta aparıb.

Əlavə olunmuş vaxtın ilk hissənin sonunda qarşılaşmanın əvvəlində penaltidən istifadə edə bilməyən Silva növbəti belə şansı əldən buraxmayıb. Bu isə komandaya Konfederasiyalar Kubokunun bürünc medalını qazandırıb.

Kateqoriya: İdman | Baxışlar: 170 | Əlavə etdi: SpongeBob | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
avatar