[... ]
Əsas səhifə » 2017 » İyun » 24 » İyunun 23-də 57 mindən çox şagird buraxılış imtahanı verib
15:19
İyunun 23-də 57 mindən çox şagird buraxılış imtahanı verib

Mənbə: Azertag, Şəkil: Azertag

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 23-də Xocavənd, Gəncə, Daşkəsən, Göygöl, Samux, Xızı, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Oğuz, Ağcabədi, Göyçay, Ucar, Ağdaş, İsmayıllı, İmişli, Füzuli, Beyləqan, Sabirabad, Saatlı, Lənkəran, Astara, Lerik, Masallı, Xaçmaz, Şabran və Siyəzəndəki orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 57.088 şagird (IX sinif üzrə 31.715, XI sinif üzrə 25.373) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, 9-cu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10:00-da başlanıb və 1 saat 30 dəqiqə ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün imtahan saat 15:00-da başlanıb və 2 saat 45 dəqiqə davam edib.

İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub.

İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində zəruri şərait yaradılıb.

İyunun 24-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələr bu günlərdə elan ediləcək.

Kateqoriya: Azərbaycan | Baxışlar: 165 | Əlavə etdi: SpongeBob | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
avatar