[... ]
Əsas səhifə » 2017 » İyul » 6 » İnter Mladostu 2-0 hesabı ilə məğlub etdi
22:20
İnter Mladostu 2-0 hesabı ilə məğlub etdi

Mənbə: Apasport.az, Şəkil: Apasport.az

UEFA Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycanın bu mərhələdəki hər iki təmsilçisi cavab oyununa çıxıb.

Bakı klubları “İnter”lə “Zirə” fərqli məkanlarda, amma eyni saatda raundu keçməyə çalışıblar. Hər iki komanda matça ilk oyunda əldə etdiyi üstünlüklə başlayıb.

Avrokubok təcrübəsi daha çox olan “İnter”in işi nisbətə daha san idi. Zaur Svanadzenin yetirmələri bir mövsümlük fasilədən sonra qayıtdığı Avropa səhnəsində mərhələni keçə bilib.

Serbiyada “Mladost”un avrokubok debütünü korlayan “İnter” rəqib meydanındakı 3:0 hesablı qələbənin təsadüf olmadığını sübut edə bilib. İki cavabsız qolla qələbə qazanan bakılılar ümumi hesabda 5:0 hesablı qələbə ilə ikinci mərhələyə yüksəlib.

Komandanın bu mərhələdəki rəqibi Lüksemburq təmsilçisi "Fola" olacaq.

Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunu
6 iyul

“İnter” (Azərbaycan) – “Mladost” (Serbiya) - 2:0

Qollar: Denis Silva, 23, Nizami Hacıyev, 74

Qırmızı vərəqə: Pejoviç, 45+1 ("Mladost")

Baş hakim: Nikolay Balakin

Baş hakimin köməkçiləri: Vladimir Volodin, Aleksandr Korniyko

Dördüncü hakim: Anatoli Jabçenko (hamısı Ukrayna)

Hakim-inspektor: Robert Malek (Polşa)

UEFA nümayəndəsi: Sergey Lisniç (Moldova)

Bakı. “Dalğa Arena” stadionu

İlk oyun – 3:0

“İnter”: 1. Səlahət Ağayev, 3. Denis Silva, 4. Slavik Alxasov, 8. Nizami Hacıyev, 9. Pərdis Fərcad Azad, 10. Elnur Abdullayev, 11, Rauf Əliyev, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev

Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 19. Mirshüseyn Seyidov, 65. Cabir Əmirli, 88. Məmməd Quliyev

Baş məşqçi: Zaur Svanadze

“Mladost”: 1. Nemanya Krznariç, 4. İvan Miloçeviç, 7. Saşa Yovanoviç, 12. Nenad Qavriç, 14. Miloş Trifunoviç, 15. Aleksandr Peyoviç, 27. Vladimir Radivoyeviç, 28. Nikola Andriç, 44. Boqdan Miloşeviç, 93. Miloş Satara

Ehtiyat oyunçular: 23. Draqan Rosiç, 8. Stefan Qoluboviç, 10. Xusiddin Qafurov, 18. Obiara Odita, 20. Nenad Marinkoviç, 17. İvan Pesiç, 32. İvan Markoviç

Baş məşqçi: Nenad Milovanoviç

 

Kateqoriya: İdman | Baxışlar: 181 | Əlavə etdi: SpongeBob | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
avatar