[... ]
Əsas səhifə » 2017 » İyul » 12 » İnter Folanı məğlub etdi
21:24
İnter Folanı məğlub etdi

Mənbə: Apasport.az, Şəkil: Apasport.az

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində baş tutan matçlardan birincisi Bakıda keçirilib.

Günün yeganə qarşılaşmasında “İnter” meydana çıxıb. Paytaxt təmsilçisi Lüksemburqun “Fola” komandasını qəbul edib. Matçın taelyini bir qol həll edib.

"İnter" ilk hissədə təşəbbüsü ələ alsa da, üstünlüyünü qola çevirə bilməyib. İkinci hissənin sonunda Mirhüseyn Seyidovun vurduğu qol komandamızın ilk matçdakı qələbəsini rəsmiləşdirib.

Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyun
12 iyul

“İnter” (Azərbaycan) – “Fola” (Lüksemburq) - 1:0

Qol: Mirhüseyn Seyidov, 89

Baş hakim: Eytan Şmuelevits
Baş hakimin köməkçiləri: Saqi Metzamber, Nissan Davidi
Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)
UEFA nümayəndəsi: Vladislav Xodeyev (Rusiya)
UEFA hakim-inspektor: Oguz Sarvan (Türkiyə)

Bakı. “Dalğa Arena” stadionu

“İnter”: 1. Səlahət Ağayev, 3. Denis Silva, 4. Slavik Alxasov, 8. Nizami Hacıyev (k), 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 11. Rauf Əliyev, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev

Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 19. Mirhüseyn Seyidov, 65. Cabir Əmirli, 88. Məmməd Quliyev

Baş məşqçi: Zaur Svanadze

“Fola”: 1. Tomas Him, 8. Veldin Muharremoviç, 10. Yakob Dallevedove, 15. Samir Haci, 20. Miçel Beçold, 22. Enis Saiti, 23. Tomas Lazerta, 24. Mehdi Kirç, 26. Rayan Klapp, 28. Yulian Klayn (k), 44. Peter Çarpan

Ehtiyat oyunçular: 33. Emmanuel Kabral, 6. Billi Bernard, 9. Kristof Martin-Suarez, 11. Korentin Koçur, 14. Sedrik Sakras, 27. Stefano Bensi, 92. Ken Koral

Baş məşqçi: Ceff Ştrasser

 

Kateqoriya: İdman | Baxışlar: 184 | Əlavə etdi: SpongeBob | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
avatar