[... ]
Əsas səhifə » 2017 » İyul » 3 » Almaniya Konfederasiyalar Kubokunun qalibi oldu
22:32
Almaniya Konfederasiyalar Kubokunun qalibi oldu

Mənbə: Apasport.az, Şəkil: Apasport.az

Konfederasiyalar Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, gün ərzində həm üçüncü yerin sahibi, həm də çempionun adına aydınlıq gəlib.

Əvəlcə bürünc medalın taleyi həll olunub. Portuqaliya Meksika ilə üz-üzə gəlib. Yarımfinalda Çiliyə oyunsonrası penalti seriyasında uduzan pirineylilər bu dəfə şansı əldən verməyiblər. Olduqca gərgin və mübarizə şəraitində keçən matçı Portuqaliya 2:1 hesabı ilə qazanıb.

Oyunun ilk dəqiqələrində penalti şansı əldə edən Avropa çempionları bu şansdan yararlana bilməyiblər. Hesabı isə Meksika açıb. 90 dəqiqəyə əlavə olunmuş 3-cü dəqiqədə bəraəbrlik qolunu vuran Pepe komandasını məğlubiyyətdən xilas etməklə matçı əlavə vaxta aparıb.

Əlavə olunmuş vaxtın ilk hissənin sonunda qarşılaşmanın əvvəlində penaltidən istifadə edə bilməyən Silva növbəti belə şansı əldən buraxmayıb. Bu isə komandaya Konfederasiyalar Kubokunun bürünc medalını qazandırıb.

Bakı vaxtı ilə saat 22:00-da diqqətlər Sankt-Peterburqa yönəlib. Konfederasiyalar Kubokunun qalibinin adına aydınlıq gələn oyunda Almaniya ilə Çili qarşılaşıb. Turnirin əsas favoritlərindən biri olan “bundestim”in bu matçda da minimalhesablı qələbə qazanaraq çempionluğunu elan edib.

Rusiyaya əsasən ehtiyat heyətlə yollanan Lövün komandası ilk hissədə vurduğu tək qola sevinib. Stindl almanaları çempion edən qələbənin memarı olub.

Qeyd edək ki, bu, Almaniya millisinin ilk Konfederasiyalar Kuboku çempionluğudur.

Konfederasiyalar Kuboku – 2017
2 iyul
3-cülük uğrunda oyun
Portuqaliya – Meksika - 2:1 (əlavə vaxt)
Qollar: Pepe, 90+3, A. Silva, 105 (pen.) - Neto, 54 (öz qapısına)
Baş hakim: Fahad Əl Mirdasi
Köməkçilər: Abdullah Əl Şalvay, Muhammed Əl Abakri (hamısı Səudiyyə Ərəbistanı)
Dördüncü hakim: Bakari Qassama (Qambiya)
Moskva, “Spartak Stadionu”
 
Final
Çili – Almaniya - 0:1
Qol: Stindl, 20
Baş hakim: Milorad Maziç
Köməkçilər: Milovan Rıstiç, Dalibor Dyurceviç (hamısı Serbiya)
Dördüncü hakim: Damir Skomina (Sloveniya)
Sankt-Peterburq stadionu

 

Kateqoriya: İdman | Baxışlar: 179 | Əlavə etdi: SpongeBob | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
avatar